ABŞ-də onlarla H-1B viza saxtakarlığı ilə bağlı istintaq başlayıb

Amerika hakimiyyəti yüksək ixtisaslı xarici mütəxəssislər üçün nəzərdə tutulmuş H-1B vizaları ilə bağlı onlarla saxtakarlıq araşdırması aparır.

"Report"un məlumatına görə, ABŞ-nin vitse-prezidenti Cey Di Vens bunu Viskonsin ştatının Miluoki şəhərində tərəfdarları ilə görüşdə açıqlayıb.

"Bu gün Əmək Nazirliyinin H-1B viza proqramından sui-istifadə etməyə çalışan xarici fırıldaqçılara qarşı onlarla araşdırma başlatdığını və onlarla məhkəmə çağırışı göndərdiyini məmnuniyyətlə bildirirəm", - o deyib.

Digər xəbərlər