ABŞ-nin Orta Qərb və şimal-şərq ştatlarında hava şəraiti səbəbindən 10 mindən çox aviareys təxirə salınıb.
"Report" xəbər verir ki, bu barədə "FlightAware" portalı məlumat yayıb.
Bildirilib ki, dünəndən bu günə daha 1,9 min reys ləğv edilib. ABŞ-nin Milli Meteorologiya Bürosunun məlumatına görə, həmin bölgələrdə güclü qar yağıntısı və qasırğa olub.
Vurğulanıb ki, pis hava şəraiti bu bölgələrdə nəqliyyatın hərəkətinin pozulmasına səbəb olub. Genişmiqyaslı aviareys ləğvləri və gecikmələrlə yanaşı, xeyli sayda yol-nəqliyyat hadisələri də qeydə alınıb.
"NBC" telekanalının məlumatına görə, pis hava şəraitinin hökm sürdüyü zonada, təxminən, 110 milyon insan yaşayır.