ABŞ Danimarkada "Avropanın müdafiəsi" şüarı altında hərbi təlim keçirir

“Danimarkada “Avropanın müdafiəsi” şüarı altında ABŞ-Avropa hərbi təlimi başlayıb”.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Danimarkanın müdafiə naziri Morten Bedskov bildirib.

“Borkxolma gələnlər var. Bu, NATO-nun Danimarka, Skandinaviya və Baltikdən olan üzvləri arasında həmrəylik və əməkdaşlıqdır”, - nazir tviter səhifəsində yazıb.

Məlumata görə, təlimdə “HİMARS“ reaktiv yaylım atəş sistemi, Danimarkanın iki “F-16” qırıcısı, “Niels Juel” freqatı və Danimarka kral qvardiyasının 300 hərbçisi iştirak edir.

Vurğulanıb ki, bir müddət əvvəl Rusiyanın müdafiə naziri Sergey Şoyqu ABŞ və NATO-nun RF-nin sərhədləri yaxınlığında əməliyyat və döyüş hazırlığını artırdığını bəyan etmişdi. O, “Avropanın müdafiəsi” silsilə təlimi çərçivəsində alyansın 30 dövlətinin 40 minədək hərbçisinin iştirak edəcəyini söyləmişdi.

Digər xəbərlər

Zelenski Britaniyada səfərdədir 14 oktyabr, 2026 / 16:09