ABŞ-dan Rusiya və Belarusa gübrə tədarükü qadağan edilib

Ukrayna ərazisinə irimiqyaslı hücuma görə ABŞ-dan Rusiya və Belarusa gübrə idxalı qadağan edilib.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Ticarət Nazirliyi açıqlama yayıb.

Məlumata görə, məhdudlaşdırıcı tədbirlər gübrə ilə yanaşı, boru armaturların, diyircəkli podşipniklər və kimyəvi maddələrin də Rusiya və Belarusa tədarükünə tətbiq edilir.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10