​ABŞ-da zəlzələ baş verib

Bakı. 10 avqust. REPORT.AZ/ ABŞ-ın Kaliforniya ştatında 5 bal gücündə zəlzələ baş verib.

"Report"un məlumatına görə, bu barədə Birləşmiş Ştatların Geologiya Xidməti xəbər yayıb.

Məlumata görə, yeraltı təkanların episentri Apper Leyk yaşayış məntəqəsindən 19 kilometr şimal-şərqdə, zəlzələ ocağı 18,5 kilometr dərinlikdə yerləşib.

Dağıntı və ya tələfat barəsində məlumat verilmir.

Digər xəbərlər

ABŞ Bank of Americanı cərimələyib 14 oktyabr, 2026 / 05:12