ABŞ-da zavodda partlayış olub, ölənlər var

ABŞ-ın Florida ştatında qaynaq zavodunda partlayış olub, ölənlər var.

"Report" xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.

Partlayışdan sonra qeydə alınan yanğın nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb.

Telekanalın məlumatına görə, bütün zərərçəkənlərə tibbi yardım göstərilib.

Polis hadisənin səbəblərini araşdırır.

Digər xəbərlər

Zelenski Britaniyada səfərdədir 14 oktyabr, 2026 / 16:09