ABŞ-da yol qəzası baş verib.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə WHIO-TV telekanalı yanğınsöndürmə xidmətinin rəhbərinə istinadən məlumat yayıb.
Məlumata görə, hadisə Ohayo ştatında, Toledo şəhəri yaxınlığında baş verib. Avtobusun aşması nəticəsində azı 13 nəfər xəsarət alıb.
Yaralılardan 11-nin avtobusun, 2 nəfərin isə digər avtomobilin sərnişini olduqları bildirilir.
Yaralılardan 5-nin xəsarəti ağırdır.