ABŞ-da yeni hücum helikopteri nümayiş etdirilib

ABŞ-ın “Bell” şirkəti perspektivli “360 Invictus” hücum helikopterinin videogörüntüsünü paylaşıb.

“Report” “The Drive”a istinadən xəbər verir ki, bu helikopterin artıq 90%-i hazırdır.

“360 Invictus” klassik birvintli sxemə uyğun olaraq yaradılıb.

Helikopter 20 mm-lik XM915 üç lüləli topla silahlanıb. Üstəlik, “360 Invictus” helikopteri “AGM-114 Hellfire” raketləri və “Common Launch Tubes” (CLT) buraxılış qurğuları ilə təchiz edilib.

Digər xəbərlər

Rusiyada helikopter sərt eniş edib 21 fevral, 2026 / 14:03