ABŞ-ın Filadelfiya (Pensilvaniya) şəhərində yaşayış binasında baş verən yanğında 13 nəfər həlak olub.
Bu barədə "Report" CNN-ə istinadən xəbər verir.
Hadisə üçmərtəbəli binada qeydə alınıb. Onun lokallaşdırılması təxminən 50 dəqiqə çəkdi.
Yanğının mənbəyi və səbəbi hələ müəyyən edilməyib, yanğınsöndürənlər hadisə yerində işlərini davam etdirirlər.