ABŞ-da yanğın nəticəsində 6 uşaq ölüb

Bakı. 26 avqust. REPORT.AZ/ ABŞ-ın Çikaqo şəhərində yerləşən yaşayış evlərindən birində baş vermiş yanğın nəticəsində 8 nəfər ölüb.

"Report" "Fox News"a istinadən xəbər verir ki, onlardan 6-sı uşaqdır.

Yanğın gecə mənzillərdən birində qeydə alınıb. Onun səbəbi hələ ki, məlum deyil. Alov bir saat ərzində söndürülüb. İki bina sakini və bir yanğınsöndürən xəstəxanaya yerləşdirilib.

Digər xəbərlər

İlon Mask Corc Sorosu geridə qoyub 23 oktyabr, 2026 / 07:43