ABŞ-da vertolyot qəzaya uğrayıb, xəsarət alanlar var

Bakı. 8 iyul. REPORT.AZ/ ABŞ-da tibb vertolyotu qəzaya uğrayıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Chicago Tribune" məlumat yayıb.

Məlumata görə, hadisə Çikaqoda baş verib. Qəza zamanı 4 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyəti ağırdır. 

Qəzanın başvermə səbəbləri barədə məlumat verilmir.  

Digər xəbərlər