Bakı. 5 may. REPORT.AZ/ ABŞ-ın Aydaho Dövlət Universitetinin əməkdaşları az miqdarda silah dərəcəli plutonium itiriblər və buna görə cərimə olunublar.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Nüvə Tənzimləməsi Komissiyası universitetin araşdırmalar üçün istifadə etdiyi 1 qram plutonium-239-u itirməsinə görə ali təhsil müəssisəsini 8,5 min dollar məbləğində cərimələyib.
Komissiyadan maddənin 2004-cü ildən 2017-ci ilə qədər olan müddətdə yoxa çıxdığı bildirilib. Maddənin yeri hələ də müəyyənləşdirilməyib.
Bununla belə, Komissiyadan bir qram materialın bomba hazırlamaq üçün kifayət etmədiyi bildirilib. Qeyd edək ki, plutonium-239 nüvə silahı yaratmaq üçün istifadə olunur.