ABŞ-ın Oklahoma və Texas ştatlarında baş tornado azı 5 nəfərin ölümünə səbəb olub.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Məlumata görə, Onalaska şəhərində (Texas ştatı) 3 nəfər ölüb, 20-yə yaxın insan ağır yaralanıb.
Tornado həmçinin Oklahomanın cənubunda 2 nəfərin həyatına son qoyub.
Daha əvvəl ABŞ Milli Meteorologiya Xidməti daxilindəki küləyin sürəti 17,8 m/s olan tornado yaxınlaşması barədə xəbərdarlıq etmişdi.