ABŞ-da təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb

ABŞ-ın Texas ştatında mülki təyyarənin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb, 1 nəfər ağır yaralanıb.

“Report” xəbər verir ki, məlumatı “Anadolu” agentliyi yayıb.

Hadisə Hyuston şəhərinin 137 km şimal-qərbində yerləşən Brayn şəhərinin “Coulter Field” hava limanında baş verib.

Federal Mülki Aviasiya İdarəsinin sözçüsü Linn Lansford bildirib ki, tək mühərrikli “Piper PA 24” tipli təyyarənin qəzaya uğramasının səbəbləri araşdırılır.

Digər xəbərlər

İraq işıqsız qalıb 04 mart, 2026 / 23:31