ABŞ-da təyyarə dənizə düşüb, ölənlər var

Bakı. 14 oktyabr. REPORT.AZ/ Ötən gün ABŞ-ın Nyu-York ştatının Hemptons şəhərində kiçik təyyarə qəzaya uğrayıb.

"Report" "Newsday" nəşrinə istinadən xəbər verir ki, hava gəmisi sahildən 1,6 km aralıda dənizə düşüb.

Təyyarədə, ilkin məlumatlara görə, 3 nəfər olub. Hadisə yerində onlardan birinin meyiti tapılıb. Axtarış-xilasetmə işləri davam etdirilir.

Digər xəbərlər