ABŞ-da təyyarə anbara çırpılıb, ölənlər var

Bakı. 1 dekabr. REPORT.AZ/ ABŞ-da kiçik təyyarə qəzaya uğrayıb.

Bu barədə "Report" ABC "10 News" telekanalına istinadən xəbər verir.

Məlumata görə, hadisə Florida ştatında, Fort-Loderdeyledə qeydə alınıb. Belə ki, təyyarə anbar binasına çırpılıb. Qəza zamanı 2 nəfər ölüb, daha 1 nəfər xəsarət alıb.

Hadisə nəticəsində güclü yanğın başlayıb. Ərazidə yanğınsöndürmə xidmətinin əməkdaşları işləyir. 

Digər xəbərlər

Zelenski Britaniyada səfərdədir 14 oktyabr, 2026 / 16:09