ABŞ-da senator koronavirusdan ölüb

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Ron Rayt koronavirusdan ölüb.

“Report” xəbər verir ki, bu barədə “The Hill” yazıb.

"Konqres üzvü Ron Rayt 7 fevral 2021-ci ildə vəfat etdi", - qanunvericinin nümayəndələri bildiriblər.

Raytın 67 yaşı vardı. Onda koronavirus yanvarın sonunda aşkarlanıb.

Bu, hazırkı Konqres üzvləri arasında koronavirusdan ilk ölümdür. Məlumata görə, senator xərçəng xəstəliyi ilə mübarizə aparırmış.

Digər xəbərlər

Con Hili Kiprə gedib 05 mart, 2026 / 13:31