ABŞ-da seçkilərdə səs verməmək çağırışlarına görə "Twitter"də 10 min akkaunt silinib

Bakı. 3 noyabr. REPORT.AZ/ "Twitter" mikrobloqu şəbəkəsinin administrasiyası ABŞ konqresinə keçiriləcək aralıq seçkilərdə avtomatik rejimdə səs verməmək çağırışı yazan 10 mindən artıq akkauntu silib.

"Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

İddia olunur ki, həmin yazılardan Demokratlar Partiyasının tərəfdarları istifadə ediblər.

Lakin partiyanın nümayəndələri bu məlumatı təkzib ediblər. Onlar bildiriblər ki, əksinə, baş verənlər haqqında "Twitter"i məlumatlandırıblar.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10