ABŞ-da qolf maşını üstündə dava düşüb, iki nəfər öldürülüb

Bakı. 15 iyun. REPORT.AZ/ ABŞ-ın Missuri ştatının Kanzas-Siti şəhərində polislərin də iştirakı ilə baş verən atışma nəticəsində 2 nəfər güllələnib.

“Report” xəbər verir ki, polisin məlumatına görə, hadisə 2 nəfərin silah və qolf maşını ilə əlaqədar dava etdiyi zaman baş verib.

Silahlı insidentlə əlaqədar olaraq yerli sərgi kompleksi bağlanıb, araşdırma aparılır.

Digər xəbərlər