ABŞ-da qırıcı təyyarə qəzaya uğrayıb

Bakı. 5 Aprel. REPORT.AZ/ ABŞ-da qırıcı təyyarə qəzaya uğrayıb. 

Report NBC News-a istinadən xəbər verir ki, qəza Vaşinqtonun Endryus  (Andrews) hərbi bazası yaxınlığında baş verib. 

Qeyd olunur ki, qəzaya uğramış F-15 qırıcı təyyarə ABŞ Milli Qvardiyasına məxsusdur. 

İlkin məlumata görə, təyarənin iki pilotu katapult edib. 

Xilasedici xidmət dəstələri hadisə yerinə göndərilib.

Digər xəbərlər

Livanda matəm elan olunub 09 aprel, 2026 / 05:51