ABŞ-da qatar relsdən çıxıb, 44 vaqon bir-birinə qarışıb

ABŞ-ın Kaliforniya ştatının Ludlou şəhərində yük qatarının relsdən çıxması nəticəsində 44 vaqon bir-birinə qarışıb.

“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, hadisə ştatın çöl ərazisində olub.

Qatarın özəl yük şirkətinə məxsus olduğu bildirilib.

San-Bernardino rayonu yanğınsöndürmə idarəsindən yayılan açıqlamaya əsasən, etil spirti daşıyan vaqonlardan birində sızıntı meydana çıxıb. Qəza nəticəsində ölən və yaralanan yoxdur.

Hadisə ilə bağlı istintaq başlayıb.

Digər xəbərlər

Rusiya Zaporojyeyə hücum edib 24 dekabr, 2025 / 10:10