ABŞ-da qadın hərbi bazada atəş açıb

Bakı. 24 oktyabr. REPORT.AZ/ ABŞ silahlı qüvvələrinin Fort-Stüart şəhərində (Corciya ştatı) yerləşən hərbi bazasında atışma olub.

“Report” TASS-a istinadən xəbər verir ki, silahlı insidenti bir qadın törədib.

Bildirilir ki, o, hərbi polis tərəfindən saxlanılıb. İnsident nəticəsində zərər çəkən olmayıb. Qadına qarşı hələ ki, heç bir ittiham irəli sürülməyib.

Digər xəbərlər