ABŞ-da yaşayış evində partlayış olub.
"Report" xəbər verir ki, bu barədə "Associated Press" polisə istinadən xəbər verib.
Məlumata görə, hadisə Kentukki ştatının Kempton şəhərində qeydə alınıb. Partlayış nəticəsində 2 nəfər həlak olub. Onların meyitləri evin zirzəmisindən tapılıb. Hadisə zamanı daha 4 nəfər yaralanıb.
Bildirilir ki, hadisə yerində yanğın başlayıb. Partlayışın başvermə səbəbi məlum deyil.