2022-ci ildə ABŞ-a dəyən böyük təbii fəlakətlərdən dəyən ziyan 165 milyard dollar təşkil edib.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu qənaətə ABŞ Milli Okean və Atmosfer Administrasiyasının ekspertləri gəlib.
Ümumilikdə ölkədə 18 böyük təbii fəlakət qeydə alınıb ki, hər birindən dəyən ziyan 1 milyard dolları ötüb. Bunlara üç qasırğa, qar fırtınası (ABŞ-ın mərkəzi və şərq hissələrində), meşə yanğını (da ölkənin qərbində), quraqlıq (ABŞ-ın qərb və mərkəzi hissələrində), daşqın (Missuri və Kentukki), iki tornado (cənub və cənub-şərq) daxildir.