ABŞ-da oteldə partlayış zamanı 10 nəfər xəsarət alıb

ABŞ-da oteldə partlayışla nəticələnən yanğın olub.

"Report" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Məlumata görə, hadisə Nyu-Qempşir ştatında, Lebanon şəhərində qeydə alınıb. Hadisə zamanı 10 nəfər xəsarət alıb.

Qeyd edilir ki, xəsarət alanlardan 2-i yanğınsöndürənlər, 8-i otelin kirayənişinlərdir. Onların sağlamlığı üçün hər hansı təhlükənin olmadığı bildirilir.

Otelin 75 kirayənişini digər otelə köçürülüb. 

Digər xəbərlər