ABŞ-da neft emalı zavodunda partlayışlar və yanğın olub.
"Report" xəbər verir ki, bu barədə "The Philadelphia Inquire" bildirib.
Məlumata görə, hadisə zamanı beş işçi xəsarət alıb. Yaralılara tibbi yardım göstərilib.
Qeyd edilir ki, yanğınsöndürənlər alovun söndürülməsinə bir neçə saat vaxt sərf ediblər, ancaq yanğını hələ lokallaşdıra bilməyiblər.
Mütəxəssislər hadisə nəticəsində havanın ciddi şəkildə çirklənməsini qeydə almayıblar.