ABŞ-da məktəbdə atışma olub, xəsarət alanlar var

ABŞ-ın Ayova ştatının De-Moyn şəhərindəki məktəbdə atışma baş verib.

“Report”un məlumatına görə, bu barədə yerli yanğınsöndürmə xidmətinin nümayəndəsinə istinadən CNN teleşirkəti məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində 3 nəfər yaralanıb. Yaralılar xəstəxanalara çatdırılıb, onların vəziyyəti ağırdır.

Polis sözçüsü telekanala şübhəli bilinən şəxsin saxlanıldığını bildirib.

Hadisənin digər təfərrüatları hələ açıqlanmır.

Digər xəbərlər