ABŞ-da məktəbdə atışma olub, xəsarət alanlar var

ABŞ-ın Aydaho ştatında atışma olub.

“Report” xəbər verir ki, bu barədə yerli KIFI-TV telekanalı bildirib.

Məlumata görə, hadisə Riqbi şəhərində qeydə alınıb. Atışma zamanı üç nəfər xəsarət alıb.

Televiziyanın məlumatına görə, xəsarət alanlar şagirdlər və yaşca böyük daha bir nəfər - mühafizəçidir. Onların həyatı üçün təhlükənin olmadığı bildirilir. Atışma ilə əlaqədar şagirdlər məktəbdən təxliyə edilib.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Buna baxmayaraq, polis hələ məktəbdə axtarış aparır.

Digər xəbərlər