ABŞ-da kütləvi yol qəzası baş verib, xeyli xəsarət alan var

Virciniyanın Uilyamsburq şəhəri yaxınlığında, Kraliça Dərəsi körpüsü üstündən keçən magistral yolunun buz bağlaması, həmçinin qatı duman üzündən ötən gün səhər 69 nəqliyyat vasitəsinin iştirakı ilə kütləvi yol qəzası nəticəsində 51 nəfər xəsarət alıb.

“Report” CNN-ə istinadən xəbər verir ki, polisin bildirdiyinə görə, həmin şəxslərin əksəriyyəti yüngül və həyat üçün təhlükəli olmayan xəsarət alıblar. Bütövlükdə 11 nəfərin ciddi xəsarət aldığı bildirilir.

Hazırda yolda hərəkat bərpa edilib.

Digər xəbərlər