ABŞ-da kollec atəşə tutulub, bir nəfər yaralanıb

Bakı. 3 noyabr. REPORT.AZ/ ABŞ-ın Hanover şəhərində Dartmut kollecində naməlum şəxsin açdığı atəş nəticəsində bir nəfər yaralanıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, məlumatı yerli polis idarəsi də təsdiqləyib.

Bildirilib ki, hadisə noyabrın 3-də Bakı vaxtı ilə 06 radələrində baş verib. “Kollecin tələbəsi olmayan naməlum şəxsin açdığı atəş nəticəsində bir nəfər yaralanıb. O, kampusun müxtəlif hissələrinə atəç açıb”, - deyə məlumatda vurğulanıb.

Atəş açan şəxs hadisə yerindən qaçıb. Tələbələrə bir müddət kampusun həyətinə çıxmamaq tövsiyə edilib.

Qeyd edək ki, ötən gecə Florida ştatında bir kişi yoqa studiyasına atəş açıb.

Digər xəbərlər