ABŞ-da klubda atışma olub, ölən və yaralananlar var

ABŞ-ın Kanzas ştatındakı gecə klublarından birində atışma nəticəsində bir nəfər ölüb, 7 nəfər yaralanıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı yerli polis idarəsi yayıb.

Bildirilib ki, hadisə ştatın Uiçito şəhərində baş verib. Yaralılardan ikisinin vəziyyəti ağırdır.

Məlumata görə, 30 yaşlı kişi pis davranışa görə klubdan çıxarılıb. O, klubun binasını atəşə tutaraq hadisə yerindən qaçıb. Hüquq-mühafizə orqanları şübhəlinin axtarışına başlayıb.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10