ABŞ-da ildırım vurmasından 6 nəfər xəsarət alıb

ABŞ-ın Atlanta şəhərindəki qolf meydançasına ildırım düşməsi nəticəsində 6 nəfər xəsarət alıb.

“Report” xəbər verir ki, bu barədə Fox News məlumat yayıb.

Qeyd olunub ki, ildırım insanların yağışdan gizlənmək üçün altında dayandıqları ağacı vurub. Xəsarət alanların həyatı təhlükəsi yoxdur. 

Digər xəbərlər