ABŞ-da iki təyyarənin toqquşması nəticəsində iki nəfər ölüb

Bakı. 3 aprel. REPORT.AZ/ Amerikanın İndiana ştatında iki təyyarənin toqquşması nəticəsində 2 nəfər həyatını itirib.

"Report" NBC telekanalına istinadən xəbər verir ki, "Cessna 150" tipli təkmühərrikli təyyarə Marion şəhər aeroportunun uçuş-eniş zolağında "Cessna 525 Citation Jet" tipli reaktiv hava gəmisi ilə toqquşub.

Teleşirkətin məlumatına görə, hadisə qurbanlarından biri zərbənin gücündən təyyarədən yerə düşüb, digəri isə göyərtədə yanğın nəticəsində ölüb.

Digər xəbərlər

ABŞ Bank of Americanı cərimələyib 14 oktyabr, 2026 / 05:12