ABŞ-da iki polis zabiti güllələnib

Bakı. 23 sentyabr. REPORT.AZ/ ABŞ-da naməlum şəxs iki polis zabitini güllələyib.

"Report" "CBSNEWS.com"-a istinadən xəbər verir ki, hadisə Konnektikut ştatında, Nyu-Haven şəhərində baş verib.

Xəbərdə qeyd olunur ki, hazırda polis əməkdaşları ilə hüquq-mühafizə orqanlarının əməkdaşlarına atəş açan cinayətkar arasında atışma gedir.

Yaralanan polislərin həyatı üçün təhlükə olmadığı, onların xəsarətinin yüngül olduğu bildirilir. 

Digər xəbərlər

Britaniya Ukraynaya 25 min dron verib 08 sentyabr, 2026 / 20:03