ABŞ-da hərbi bazada partlayış olub, xəsarət alanlar var

Bakı. 19 iyul. REPORT.AZ/ ABŞ-ın Pensilvaniya ştatında hərbi anbar ərazisində partlayış baş verib.

"Report" "Russia Today"ə istinadən xəbər verir ki, hadisə nəticəsində 3 nəfər xəsarət alıb.

Telekanalın məlumatına görə, hərbi obyektin ərazisində 3600-dən çox əməkdaş çalışır.

Hadisənin təfərrüatı, eləcə də xəsarət alanların vəziyyəti hələlik məlum deyil.

Digər xəbərlər

Çində 7 maqnitudalı zəlzələ olub 22 oktyabr, 2026 / 19:28