ABŞ-da helikopter çayda batıb, itkin düşənlər var

ABŞ-ın Tennesi ştatında, Sekvoyya Hills ərazisində helikopter qəzaya uğrayıb.

“Report” xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Məlumata görə, hadisə zamanı helikopterdə 4 nəfər olub. Onların aqibəti məlum deyil.

Hadisə yerinə xilasedicilər və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Hazırda helikopterdəkilərin sağ qalb-qalmamaları araşdırılır.

Qəzanın başvermə səbəbi müəyyənləşdirilir.   

Digər xəbərlər