ABŞ-da fırtına nəticəsində 28 nəfər xəsarət alıb - VİDEO

Bakı. 11 iyul. REPORT.AZ/ Birləşmiş Ştatların Şimali Dakota ştatında baş verən qasırğa nəticəsində 28 nəfər xəsarət alıb.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, ən azı 3 yaralı ağır vəziyyətdədir.

Qasırğa gecə yarısı Uotford Sitidə baş verib. Zərərçəkmişlərin əksəriyyəti gecəni çadırlarda keçirib. Fırtına şəhərə dörd il əvvəlkindən daha çox ziyan vurub. Küləyin sürəti 111-135 mil/saat arasında dəyişib.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10