ABŞ-da II Dünya müharibəsindən qalan təyyarə qəzaya uğrayıb - VİDEO

ABŞ-ın Konnektikut ştatının Hartford şəhəri yaxınlığındakı Bradley beynəlxalq hava limanında II Dünya müharibəsindən qalma “Boeing-17” tipli bombardmançı təyyarə qəzaya uğrayıb.

“Report” NBC-yə istinadən xəbər verir ki, hadisə nəticəsində azı 6 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hava limanının açıqlamasına görə, güclü yanğınla müşayiət olunan qəza yerinə xilasedicilər cəlb olunub, hava limanı bağlanıb.

Qəzanın təyyarənin enişi zamanı baş verdiyi bildirilir.

Digər xəbərlər

İlon Mask Corc Sorosu geridə qoyub 23 oktyabr, 2026 / 07:43