ABŞ-da mağazaya silahlı hücum olub, 3 nəfər ölüb, bir nəfər yaralanıb

ABŞ-ın Missisipi ştatının Southaven bölgəsində mağazaya silahlı hücum olub, 3 nəfər ölüb.

“Report” “Haber7”yə istinadən xəbər verir ki, şübhəli hadisə yerində öldürülüb.

Atəş nəticəsində bir polis əməkdaşının yaralandığı, vəziyyətinin yaxşı olduğu bildirilib.

Hadisənin səbəbi, törədənin kimliyi hələ məlum deyil.  

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10