ABŞ-da aviaşou zamanı qəza olub, pilot ölüb

Bakı. 13 oktyabr. REPORT.AZ/ ABŞ-da aviaşou zamanı təyyarənin qəzaya uğraması nəticəsində pilot ölüb.

“Report” “Fox5DC”yə istinadən xəbər verir ki, bu barədə tədbirin təşkilatçıları bildirib.

Qeyd olunub ki, qəza Virciniya ştatının Kalpeper Ricinal hava limanında baş verib. Hadisənin səbəbi araşdırılır. 

Digər xəbərlər