​ABŞ-da atışmada 5 nəfər ölüb, 3 nəfər yaralanıb

Bakı. 10 mart. REPORT.AZ/ ABŞ-ın Pensilvaniya ştatında baş verən atışma nəticəsində 5 nəfər ölüb.

"Report" "New York Daily News"a istinadən xəbər verir ki, ilkin məlumata əsasən, 3 nəfər yaralanıb.

Şahidlər 25 dəfə atəş açıldığını, hadisə yerindən isə çoxlu sayda giliz aşkarlandığını söyləyiblər.

Hadisənin baş vermə səbəbləri araşdırılır. 

Digər xəbərlər