ABŞ-da atışma olub, ölənlər var

ABŞ-ın Nyu-York şəhərində atışma olub.

“Report” xəbər verir ki, bu barədə “Spectrum News” telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə zamanı azı 2 nəfər həlak olub.

Polis bildirib ki, hadisəni törədənin şəxsiyyətini müəyyənləşdirmək mümkün olub. Həmin şəxs Barri Styuartdır.

Cinayətkar hazırda azadlıqdadır. Atışmanın başvermə səbəbi məlum deyil.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10