ABŞ-da silahlı insident baş verib.
“Report”un məlumatına görə, bu barədə “New York Post” xəbər yayıb.
Məlumata görə, hadisə Nyu-Yorkda qeydə alınıb.
Atışma zamanı azı 2 nəfər həlak olub, daha 4 nəfər xəsarət alıb.
Qeyd edilir ki, yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Ölənlərin şəxsiyyətləri müəyyənləşdirilir.
Hadisəni törədən şəxsin saxlanılıb-saxlanılmaması barədə məlumat verilmir.