ABŞ-da atışma olub, ölən və yaralanan var

ABŞ-ın Kentukki ştatının Luisvill şəhərində etirazlar zamanı atışma olub.

"Report" xəbər verir ki, bu barədə şəhər polisi özünün “Facebook”dakı səhifəsində bildirib.

Qeyd edilir ki, Ceferson meydanındakı parkda baş verən hadisə zamanı 1 nəfər həlak olub, daha bir nəfər yaralanıb.

Yaralı universitet xəstəxanasına yerləşdirilib.

Hadisənin təfərrüatı açıqlanmır. 

Qeyd edək ki, bu, ABŞ-da baş verən ikinci silahlı insidentdir. Daha əvvəl də Kaliforniya ştatının Red-Blaff şəhərində atışma baş verib. “Walmart” ticarət şəbəkəsinin çeşidləmə mərkəzində baş verən atışma nəticəsində ən azı iki nəfər ölüb, dörd nəfər yaralanıb.

Digər xəbərlər

Dubayda PUA binaya düşüb 12 mart, 2026 / 05:42