ABŞ-da atışma olub, 2 nəfər ölüb, 5 nəfər yaralanıb

ABŞ-ın Arizona ştatının cənub-qərbində yerləşən Yuma şəhərində atışma nəticəsində azı 2 nəfər ölüb, 5 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə “ABC News” telekanalı məlumat yayıb.

Polisin məlumatına görə, atışma yerli vaxtla gecə 23 radələrində Yuma şəhərinin cənub-şərqindəki yaşayış massivində baş verib. Ölənlərin 19 və 20 yaşlı gənclər olduğu qeyd edilib.

Bildirilib ki, polis şübhəli şəxslərin axtarışını davam etdirir.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10