ABŞ-da 6 avtomobil toqquşub, ölənlər var

ABŞ-da Nevada ştatında 6 avtomobil toqquşub.

"Report" xəbər verir ki, bu barədə KTNV-TV yerli polisə istinadən məlumat yayıb.

Hadisə nəticəsində azı 9 nəfər ölüb. Daha bir nəfərin vəziyyəti ağırdır.

Polisin məlumatına görə, minik avtomobili yüksək sürətlə hərəkət edərək işıqforun qırmızı işığına keçib və bir neçə avtomobilə çırpılıb.

Digər xəbərlər