ABŞ-da 22 yaşlı idmançı marafon zamanı ölüb

ABŞ-da gənc idmançı marafon zamanı ölüb.

Bu barədə "Report" "Associated Press"ə istinadən xəbər verir.

Məlumata görə, hadisə Klivlend marafonunda baş verib. Belə ki, 22 yaşlı Teylor Siipo marafon zamanı özünü pis hiss edib. O, finişə az qalmış asfalta yıxılıb.

İdmançı xəstəxanaya yerləşdirilərkən vəfat edib. Teylor Siiponun ürək tutmasından öldüyü bildirilir.

Hadisənin təfərrüatları açıqlanmır. 

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10