ABŞ Çindən idxal olunan mallara 50 mlrd. dollar rüsum tətbiq edib

Bakı. 15 iyun. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp Çindən idxal olunan mallara 50 milyard dollar məbləğində rüsum tətbiq etmək qərarına gəlib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti yazıb.

Nəşrin mənbələrinin məlumatına görə, Amerika lideri qərardan əvvəl, xüsusilə Ağ ev əməkdaşları, ticarət və maliyyə nazirləri, ABŞ-ın ticarət danışıqlarındakı nümayəndəsi ofisinin əməkdaşları ilə müşavirə keçirib. Rüsumların dəqiq haçan qüvvəyə minəcəyi açıqlanmır.

Digər xəbərlər

Zelenski Britaniyada səfərdədir 14 oktyabr, 2026 / 16:09