ABŞ ordusu son bir həftə ərzində Yəmənə azı 260 zərbə endirib.
“Report” xəbər verir ki, bu barədə Yəmənin “Ənsar Allah” üsyançı hərəkatının lideri Əbdülməlik əl-Husi bildirib.
O həmçinin qeyd edib ki, husilər öz növbəsində bir həftə ərzində İsrailə, habelə Qırmızı və Ərəb dənizlərində ABŞ hərbi gəmilərinə qarşı 16 hücum təşkil ediblər.
Xatırladaq ki, aprelin 22-də husilər Qırmızı dənizdə ABŞ-nin “Harri Truman” və “Karl Vinson” gəmilərinə, eləcə də onları müşayiət edən hərbi gəmilərə zərbələr endirdiklərini bildiriblər. Yəmən yaraqlılarının bildirdiyinə görə, hücumlar qanadlı raketlər və dronlardan istifadə edilməklə həyata keçirilib.