ABŞ Aralıq dənizindəki mövqeyini gücləndirmək niyyətindədir

ABŞ konqresmenləri, ölkənin Aralıq dənizi bölgəsindəki mövqelərini gücləndirmək niyyətindədirlər.

“Report”un xəbərinə görə, bu barədə “The Hill” nəşri yazıb.

Qeyd olunub ki, əsas məqsəd Rusiya və Türkiyəyə qarşı mübarizədir. Nəşrin məlumatına görə, ABŞ İsrail, Yunanıstan və Kipr ilə əlaqələrin yaxşılaşdırılmasına investisiya qoymağı planlaşdırır. Tədbirlər paketi 1.4 trilyon dollarlıq maliyyələşdirmə aktını özündə ehtiva edir.

Nəşr hesab edir ki, paketə həmçinin Yunanıstanla hərbi əlaqələrin gücləndirilməsi və Kipr üzərindən silah embarqosunun götürülməsi də daxildir. Bu da Türkiyənin bölgədəki ambisiyalarını idarə etməyə kömək edəcək.

Bundan əvvəl “Junge Welt” nəşri bildirib ki, əgər ABŞ “Şimal axını-2” layihəsinə alternativ təklif etməsə, Vaşinqton sanksiyalar yolu ilə Rusiyadan Avropaya qaz ixracını qadağan edə bilməyəcək. Bildirilib ki, “EastMed” (İsrail-Kipr-Yunanıstan-İtaliya) sualtı boru kəməri “Şimal axını-2” layihəsinə alternativ ola bilər.

Digər xəbərlər

Çində 7 maqnitudalı zəlzələ olub 22 oktyabr, 2026 / 19:28